Azərbaycan və Türkiyə fındığının Avropaya idxalına İtaliya maneəçilik yaradır.
FED.az xəbər verir ki, bunu deməyə əsas verən İtaliya nümayəndəsinin çıxışıdır.
"Almaniya tərəfindən Türkiyə və Azərbaycandan idxal olunan fındıq ləpəsinin Avropa İttifaqına 0% gömrük rüsumu ilə daxil olması üçün Avropa Komissiyasına müraciət olunub. Hər iki təklif edilən ölkənin məhsulu italyan fındığına ciddi rəqibdir. Biz artıq Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik ki, Avropa Komissiyasının yeni güzəştlərə getməsinə heç bir ehtiyac yoxdur"- Bu məzmunda çıxışı Avropaya artan fındıq idxalından narahat olan italyan Confagricoltura edib.
Eləcə də bax:Beynəlxalq təşkilat Azərbaycanda fındıqçılığın inkişafına dəstək verəcək
Qeyd edək ki, təklifin təşəbbüskarı fındıq alan iri bir Alman şirkətidir və italyan fındığının öz alışı üçün bəs etməyəcəyini görərək Almaniyaya bahalı idxal fındıq qiymətinin aşağı salınması üçün müraciət edib. Almaniya da bundan sonra Avropa Komissiyasına müraciət edib. 2014-cü ildə gömrük Avropa İttifaqına güzəştli ixrac şərtləri ləğv edilən Azərbaycan fındıqçılığı üçün bu o dövrdən bu günə qədər ortaya çıxan ən real imkandır. Göründüyü kimi dünyanın ən böyük fındıq idxalçısı ölkə olan Almaniya fındıqla bağlı daha liberal siyasət yürüdür. Əksinə, İtaliya da, onun ən iri fındıq alıcısı Ferrero şirkəti də başda Türkiyə fındığı olmaqla, Azərbaycan fındığına proteksionist yanaşır və hər fürsətdə ölkəmizin məhsulunun ixrac qiymətini və miqdarını manipulyasiya edirlər. Almaniyanın bu təklifinə Avropa Komissiyasında İtaliyanın qarşı çıxması buna açıq sübutdur. Çox güman ki, İtaliya tərəfindən Almaniyanın bu təşəbbüsünün qarşısı alınacaq- deyə məlumatda deyilir.