Böyük Britaniya Milli Fermerlər Birliyi 2022-ci ilin birinci yarısında Britaniya tarlalarında 60 milyon funt sterlinqdən (73 milyon dollar) çox tərəvəz və meyvənin çürüdüynü açıqlayıb.
ABŞ-da anomal istilərə görə mayninq fermaların fəaliyyəti - DAYANIB
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə bazar ertəsi Bloomberg agentliyi Birliyin keçirdiyi sorğuya istinadən məlumat yayıb.
Məlumata görə, bağçılıq və tərəvəzçilik sektorunda istehsalçılar məhsul yığımı üçün işçi qüvvəsi çatışmazlığı səbəbindən zərər çəkib.
Milli Fermerlər Birliyinin vitse-prezidenti Tom Bradshaw, "Ölkədə ailələrin artan yaşayış xərclərinə görə dolanmaq üçün mübarizə apardığı bir vaxtda keyfiyyətli qidaların israf olması təəssüf doğurur",- bildirib.
Həmçinin sorğu istehsalçıların gələn il istehsalın 4,4% azalacağını gözlədiklərini də ortaya qoyub (Marja).