Bu günədək müxtəlif sahələr üzrə fermerlərin təmsil olunduğu 19 assosiasiya yaradılıb. Yaxın zamanlarda isə heyvandarlıqla məşğul olan fermerlərin assosiasiyanın yaradılması nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri İlham Quliyev noyabrın 25-də 2020-ci ildə aqrar sahədə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsinə həsr edilən mətbuat konfransında deyib.
Eləcə də bax:Kənd Təsərrüfatı Nazirliyində struktur - DƏYİŞİKLİYİ OLUB
Nazir müavini qeyd edib ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövründə kənd təsərrüfatının ümumi məhsulu 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,4 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb.
© Azərtac