Bu ilin birinci yarısında təqribən Azərbaycanın ixrac etdiyi meyvə və giləmeyvə arasında albalı və gilas 30 milyon dollarlıq göstərici ilə liderlik edib. Keçən il fındıq liderlik edirdi.
FED.az-ın Dövlət Gömrük Komitəsindən aldığı məlumatına görə, bu ilin altı ayında 18 min 735 ton gilas və albalı ixrac olunub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,6% çoxdur. Malların əsas hissəsi Rusiyaya çatdırılıb - 18 min 681 ton. Xaricdə malın 1 tonu orta hesabla 1 590 dollara satılıb. Bu, keçən ilə nisbətən 9 dollar ucuzdur.
Turan