Fransa vətəndaşı 42 yaşlı Siril Kərim Rabbatlı Şamaxının Kələxana kəndində ölkəmizdə fermerlərə yaradılan əlverişli şəraitdən faydalanaraq təsərrüfat yaradıb. Təsərrüfatında taxıl sahəsi, üzüm bağı ilə yanaşı, inək ferması da var.
Eləcə də bax: 300 mindən çox dekorativ bitki - QİYMƏTLƏR 1500 MANATADƏK
FED.az məlumat verir ki, Fransa vətəndaşı Livanın Beyrut şəhərində doğulub. İyirmi il əvvəl Azərbaycana pənah gətirən Kərim yeddi il Bakıda yaşadıqdan sonra, 2007-ci ildə Şamaxıya üz tutub. Rayon mərkəzindən 10 kilometr aralıda, dağların arasında yerləşən Kəlaxana kəndinə köçən əcnəbi, ilk olaraq üzüm bağı salıb. Üzüm sahəsi ilə bərabər taxılçılığa da yer ayıran fermer bir neçə ildir ki, arpa-buğda əkini ilə də məşğuldur.
Ətlik və südlük inəklər saxlayan fermer gələcəkdə bu sahəni genişləndirəcəyini söyləyir: “Bu fermanı yaradarkən 10 baş inəyim var idi. Hazırda heyvanların sayı 45-ə çatıb. Gələcəkdə isə artıraraq 200 baş edəcəyəm".
2008-ci ildə azərbaycanlı xanımla ailə quran Siril Kərim Rabbatlının 9 yaşlı Selin adlı qızı, 6 yaşlı Rəfael adlı oğlu var.
Azərtac