Fermerlər onlara bank kartları ilə veriləcək subsidiyalardan həm də girov kimi istifadə edərək kredit ala biləcəklər.
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin (AKİA) rəisi Mirzə Əliyevin sözlərinə görə, fermer bu qurumdan arayış alaraq banka təqdim etməklə, öz kredit problemini də həll etmiş olacaq.
Belə ki, fermer banka AKİA dan aldığı arayışı göstərəck . Arayışda isə fermerin hər hektar torpağına görə nə qədər subsidiya alacağı göstəriləcək ki, fermer də bu vəsaiti bir növ girov kimi də istifadə edə biləcək.
Fermer kartları Kapital Bank vasitəsi ilə veriləcək. Mirzə Əliyevin sözlərinə görə, buna səbəb Kapital Bankın bütün regionlarda filialının olmasıdır.
Bank kartlarının ilin sonunadək verilməsinə başlanılacaq. Bu kartlar fermerlərə pulsuz veriləcək. Kartların üstünlüklərindən biri də odur ki, fermer pulun 25% nağdlaşdıra biləcək. Vəsaitin qalan hissəsini isə nağdsız istifadə edə biləcək. Nağdsız istifadə olunan hissə isə elektorn kənd təsərrüfatı informasiya sisteminda müvafiq qaydada qeydiyyatdan keçmiş təchizatçılara bank tərəfindən veriləcək.
“Fermerlər elektron qaydada qeydiyyatdan keçdikləri üçün banka yaxınlaşanda rahat şəkildə onlara bank tərəfindən təqdim ediləcək post terminallardan ödənişlər edə biləcəklər” – deyə Mirzə Əliyev bildirib.
Elektron kənd təsərrüfatın sisteminin alt sistemi olan subsudiya informasiya sistemindən artıq fermerlərin böyük hissəsinin qeydiyyatdan keçdiyi bildirilir.
Mirzə Əliyevin sözlərinə görə, elketron qeydiyyatdan keçmək olduqca asandır. Belə ki fermerlər öz mobil nömrələri və ya asan nömrələri ilə qeydiyyatdan keçə bilərlər. Həmin qeydiyyatdan keçdikdən sonra onlar öz torpaqları vəs haqqında məlumatları sitemə daxil edirlər. Bu zaman artıq fermerlərin hər birinin şəxsi kabineti olacaq. Bu kabinetdə fermerin harada nə qədər torpaq sahəsi olması və s digər məlumatlar əks olunacaq. Qeydiyyatdan keçdikdən sonra fermer hansı məhsulu əkdiyini bəyan edir. Bu zamn isə fermerlərə şərait yaradılır ki, məlumatların doldurulmasında hər hansı yalnlışlıq olarsa, onlara yenidən düzəliş etsin.