“Bu gün Azərbaycan əhalisinin sayı 10 milyon 200 min nəfərdir və bu göstəricinin 2040-cı ildə 12 milyon 500 min olacağını hesablayırıq”.
Baş nazir sudan maksimum səmərəli istifadə etməyə çağırıb
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin 2022-ci ildəki hesabatınının müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, bu il orta illik sudan istifadə 21 milyard kubmetr təşkil edirsə, 2040-cı ildə sudan istifadəyə təlabat 2,1 dəfə artaraq 44 milyard kubmetrdən çox olacaq: “Fermerlərin acığına getməsin, amma sudan istifadə mədəniyyəti formalaşmalıdır. Sahələrin selləmə kimi sulanması vaxtı artıq bitdi. Sudan qənaətlə istifadə etmək lazımdır”.