Kənd Təsərrüfatı Nazirliyi fermerlərə güzəştli texnika satışı ilə bağlı yeni qaydaları açıqlayıb.
FED.az xəbər verir ki, kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına fevralın 15-dən başlanacaq. Yenilik ondan ibarətdir ki, fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər.
Texnikanın gömrük dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.
Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək.
Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək.
Eləcə də bax: "Tütündən 29 min manat qazanmışıq"
Fermerlərə texnika satışında - MÜHÜM YENİLİK
12:45
6 Fev 2019