Banner

Aqrar

Fermerlərə girovsuz kredit verilməsi üçün - BÖYÜK MƏBLƏĞ AYRILDI

Fermerlərə girovsuz kredit verilməsi üçün - BÖYÜK MƏBLƏĞ AYRILDI | FED.az
17:27 14 Aprel 2020

Prezident İlham Əliyev fermerlərin mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün 30 milyon manat ayırıb.

FED,az xəbər verir ki, “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması” haqqında Sərəncama əsasən, koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30,0 (otuz) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Digər xəbərlər

Banner