Bu il Azərbaycanda kənd təsərrüfatı sektorunun artım tempi 1,5% təşkil edəcək ki, bu da ötən il qeydə alınan göstəricidən 5,8 faiz bəndi azdır.
Eləcə də bax: Dünya Bankı bu il kənd təsərrüfatının 1,5% artacağını proqnozlaşdırır
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə dərc olunmuş yenilənmiş hesabatında deyilir.
Bildirilir ki, 2021-ci ildə sözügedən sektor 2,5%, 2022-ci ildə isə 3,2% artacaq.
Qeyd edək ki, ötən il Azərbaycanın kənd təsərrüfatı sahəsinin artım tempi 7,2% olub. (Apa)