"Bu gün kənd təsərrüfatı sahəsində çalışanlara 3-5 min manat vəsaitin verilməsi o sektora heç bir fayda gətirmir. Çünki insanların bir neçə hektar torpaq sahəsi varsa, onu əkib-becərməsi üçün xüsusən də qış mövsümündə çox xərci çıxır".
Kürdəmirdə fermerlər satdıqları narın - PULUNU ALA BİLMİRLƏR - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında deputat Cavanşir Paşazadə deyib:
"Üstəlik bölgələrdə emal müəssisələri yoxdur, məhsulların satışı üçün qiymət tənzimlənmir. Şəxsi emal müəssisələri isə istədikləri qiymətə məhsulu qəbul edirlər. Bu da insanlara zərər verir. Əgər kənd təsərrüfatına yararlı rayonlara ildə ümumilikdə 5 milyard manat vəsait ayrılsa, rüsumlar üçün vaxt verilsə, vergidən azad edilsə bu, kənd təsərrüfatının inkişafına töhfə verəcək". (Oxu.az)










