Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) payızlıq əkinlərə görə daha 17 000 bəyan üzrə subsidiya ödənişi həyata keçirib.
FED.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, ümumilikdə aprelin 30-dək AKİA tərəfindən payızlıq əkinlərə görə 274 619 fermerə subsidiya ödənilib.
Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25 % nağdlaşdırıla bilən və 75 % nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.(report)