Goranboy rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.
Aqrar Sığorta Fondu fermerlərə - ÖDƏNİŞLƏRİNİ AÇIQLADI – RƏQƏMLƏR
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Onun sözlərinə görə, 2022-2023-cü illərdə Gəncə-Daşkəsən Regionunda fermer və təsərrüfatlara 117 min manatdan artıq ödəniş edilib. Bu il sığorta ödənişləri daha da artacaq və hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başanılacaq.