Şəkər çuğunduru istehsal edən fermerlərə illik 3%-lə, 7 milyon manat güzəştli kredit veriləcək.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
Onun sözlərinə görə, bu, emal sənayesi ilə kiçik sahibkarlar arasında əməkdaşlığın və bu istiqamətdə dövlətin dəstəyinin ən gözəl nümunəsi olacaq.
"Bu istiqamətdə "Azərbaycan Sənaye Bankı", eyni zamanda Azərbaycan Şəkər İstehsalı Birliyi və İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu ilə martın 15-də niyyət protokolu imzalanacaq. Bu müqaviləyə görə, 7000 hektar ərazidə 1400-dən çox kiçik fermer təsərrüfatı üçün dövlətin 3%-lik kreditlərindən istifadə ediləcək. Növbəti mərhələ digər istehsal və emal sahəsində də bu istiqamətdə də tədbirlər görüləcək",- deyə Ş.Abdullayev əlavə edib.