2023-cü ildə əsas əkinlərdən sonra təkrar əkin olaraq çəltik, qarğıdalı, kartof, günəbaxan, darı, sorqo və soya əkən fermerlər hər hektara görə 100 manat subsidiya alacaqlar.
Göyçayda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib - FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, təkrar əkinlərin subsidiyalaşdırılması fermerlərə ildə iki dəfə məhsul götürməyə və iki dəfə subsidiya almağa imkan verir.
Hazırda təkrar əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyanı prosesi davam edir və fermerlər təkrar əkinlərini avqustun 31-dək EKTİS-də bəyan edə bilərlər.