Azərsun Şamaxı Aqropark”ın yaradılmasına 77 milyon manat sərmayə yatırılıb.
Eləcə də bax: Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının - Təqdimatı Olub
FED.az xəbər verir ki, bu barədə “Azersun Holding”dən məlumat verilib.
Prezident İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfəri çərçivəsində “Azərsun Şamaxı Aqropark”ın fəaliyyəti ilə tanış olub.
Müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 2000 baş südçülük istiqamətli olmaqla, 5000 baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə gələn ildən etibarən 1000 baş damazlıq düyə yetişdirməyi hədəfləyir. Kompleksdə Azərbaycanda ilk dəfə embrion köçürülməsi həyata keçirilib.
Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Aqropark yaradılarkən müasir suvarma sisteminin quraşdırılması nəzərə alınıb. Suvarma üçün ümumi tutumu 2,6 milyon kubmetr olan iki süni göl yaradılıb. Ərazidə ən müasir texnologiyaların tətbiqi ilə suvarma sistemi qurulub. Ümumilikdə 77 milyon manat sərmayənin yatırıldığı aqroparkda 200 nəfər daimi işlə təmin olunub. Bundan əlavə, mövsümdə işçilərin sayı 500 nəfərə çatır. (İNterfaks)