Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb.
ELƏCƏ DƏ BAX: Nazirlikdə yeni təyinat olub
FED.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
Agentliyin vəzifələri aşağıdakılardır:
- aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək;
- kənd təsərrüfatı istehsal vasitələrinə (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar) dövlət büdcəsi hesabına tətbiq edilən güzəştlərin müvəkkil kredit təşkilatları vasitəsilə verilməsini həyata keçirmək, həmin vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət etmək;
- kreditlərin və güzəştlərin verilməsi ilə bağlı xidmətlərin elektron qaydada həyata keçirilməsini və qeydiyyatını təmin edən elektron reyestri formalaşdırmaq;
- aqrar sahədə regionlar üzrə kredit vəsaitlərinə olan tələbatı öyrənmək və regionların aqrar inkişaf imkanlarını qiymətləndirmək;
- aqrar sahədə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, kənd təsərrüfatı sahələrinin dəstəklənməsi və inkişafı ilə bağlı müvafiq tədbirlər görmək;
-. kənd təsərrüfatı sahəsində innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqələr keçirmək, müsabiqəyə təqdim edilən layihələrin ekspertizasını aparmaq və onları qiymətləndirmək, habelə layihələrin icrasına nəzarət etmək;
- kənd təsərrüfatı sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak etmək, müvafiq beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
- Nazirlik ilə beynəlxalq təşkilatlar və maliyyə qurumları arasında bağlanılan sazişlərə uyğun olaraq, kənd təsərrüfatı sahəsində layihələrin icrasını təmin etmək;
- aqrar sahəyə aid maarifləndirici layihələrin, treninqlərin, seminarların və elmi-praktik konfransların keçirilməsini təşkil etmək və ya bu tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- kreditlərin və güzəştlərin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxmaq, təklif edilən layihələrin ekspertizasını (qiymətləndirilməsini) keçirmək, müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul etmək;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;
- Agentliyə ayrılan dövlət vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- Agentliyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
- fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
- aqrar sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak etmək;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Agentliyin hüquqları
Agentliyin aşağıdakı hüquqları var:
- aqrar sahədə kreditlərin və güzəştlərin verilməsi, onlardan təyinatı üzrə istifadənin monitorinqinin aparılması, mexanizmin təkmilləşdirilməsi və güzəşt tətbiqinin prioritet hesab edildiyi sahələr barədə Nazirliyə təkliflər vermək;
- Agentliyin aqrar sahədə idarə etdiyi layihələr üzrə təhlil və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və nəticələrə uyğun olaraq təkliflər vermək;
- regionların aqrar inkişafı üzrə konsepsiyaların, normativ hüquqi aktların layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;
- aqrar sahədə tətbiqi nəzərdə tutulan investisiya layihələrinin, kənd təsərrüfatı istehsal vasitələrinə tətbiq edilən güzəştlərə dair müraciətlərin qiymətləndirilməsi meyarları barədə Nazirliyə təkliflər vermək;
- aqrar sahədə layihələrin həyata keçirilməsi, dəstək tədbirlərinin tətbiqi ilə bağlı beynəlxalq müqavilələr bağlanması barədə Nazirliyə təkliflər vermək;
- fəaliyyət istiqamətləri üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
- müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
- aqrar sahəyə aid maarifləndirici bülletenlər və digər nəşrlər buraxmaq, elektron xidmətlər təşkil etmək;
- Agentliyin idarə etdiyi layihələrlə bağlı elmi tədqiqat və təcrübə-sınaq işlərinin görülməsi və xidmətlər göstərilməsi üçün işçi qruplar, komissiyalar yaratmaq, müqavilə əsasında elmi tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;
- Agentliyin fəaliyyəti barədə məlumatları kütləvi informasiya vasitələrində dərc etdirmək;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.”;
Azərbaycanda yeni Agentlik yaradıldı – FƏRMAN
19:10
19 Dek 2018