2020-ci ildə Azərbaycandan ümumi dəyəri 33 786,2 min ABŞ dolları dəyərində 81 388,3 ton kartof ixrac edilib.
Eləcə də bax: Bakı bazarlarında yerli kartof 30-40 qəpik bahalaşıb - Səbəb Nədir?
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2019-cu ilin göstəricisi ilə müqayisədə ötən il Azərbaycandan ixrac edilən kartofun dəyəri 25,8%, həcmi isə 31,7% artıb.
Bununla yanaşı, ötən il Azərbaycana ümumi dəyəri 49 517,4 min dollar dəyərində 182 700 ton kartof idxal olunub. 2019-cu il ilə müqayisədə idxalın dəyəri 4,4%, həcmi isə 5,4% azalıb.
Göründüyü kimi, ötən il Azərbaycanda kartofun idxalı ixracı 2,2 dəfədən çox üstələyib. (Apa)