Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 244,9 milyon manat vəsiat də nəzərə alınmaqla, 2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinə dövlət büdcəsi xərclərinin 4,2 %-i qədər və yaxud 1 107,1 milyon manat vəsiat yönləndirilib.
Eləcə də bax: Fermerlərə 121 milyon manatdan çox əkin subsidiyası - Ödənilib
FED.az xəbər verir ki, bu barədə “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.
Sənəddə həmçinin deyilir ki, funksional təsnifata uyğun olaraq ( dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait istisna olmaqla) 2020-ci ildə kənd təsərrüfatı xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 417,9 milyon manatı və yaxud 48,5 %-i kənd təsərrüfatı tədbirlərinə, 409,8 milyon manatı və yaxud 47,5 %-i meliorasiya tədbirlərinə (2019-cu illə müqayisədə 80,9 milyon manat və yaxud 24,6 % çox) , 29 milyon manat və yaxud 3,4 %-i baytarlıq tədbirlərinə (2019-cu illə müqayisədə 4,1 milyon manat və yaxud 16,5 % çox) , 5,5 milyon manatı və yaxud 0,6 % kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlərə yönəldilib. (Report)