Ötən il ərzində 46 748,6 ha əkin sahəsinin bütünündən kartof yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ümumi əkin sahəsi 2 711,9 ha (5,5%) məhsul yığılmış sahə ötən illə müqayisədə 2 699 ha və ya 5,5% azdır.
Keçən iln müvafiq dövründə isə 49 min 448,5 ha sahədən kartof yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən 903 min 540,7 ton kartof yığılıb ki, bu da illik müqayisədə 83 min 319,3 ton və ya 8,4% azdır. 2023-cü ildə ümumilikdə 986 min 860 ton kartof yığılmışdı.
Hər hektar sahədən yığılmış kartofun kütləsi isə 193,3 sentner təşkil edib ki, bu da son bir ildə 6,3 sentner, yaxud 3,2% azdır.
2023-ci il ərzində məhsuldarlıq hər hektar üçün 199,6 sentner təşkil edib.
Bununla yanaşı təkrar əkindən məhsulun miqdarı (təmizlənmədən sonrakı çəkidə) 183,6 ton (0,8%) artımla 23 841 tona yüksəlib. 2023-cü ildə bu göstərici 23 657,4 ton idi.