Gələn ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək.
FED.az xəbər verifr ki, Aqrar Subsidiya Şurası Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:
Bitki növləri |
Əkin əmsalı |
Əkin subsidiyası (manat/ha) |
Buğda |
1,0 |
200 |
Çəltik |
1,4 |
280 |
Soya |
1,3 |
260 |
Sorqo |
0,5 |
100 |
Digər dənli və dənli paxlalılar (arpa, covdar, darı, vələmir, noxud, mərci və s.) |
0,8 |
160 |
Qarabaşaq |
0,9 |
180 |
Yer fındığı |
0,9 |
180 |
Zəfəran |
2,0 |
400 |
Günəbaxan |
1,0 |
200 |
Tütün |
1,4 |
280 |
Pambıq |
1,1 |
220 |
Şəkər çuğunduru |
1,4 |
280 |
Kartof |
1,2 |
240 |
Tərəvəz |
1,2 |
240 |
Bostan bitkiləri |
1,1 |
220 |
Digər bitkilər |
0,5 |
100 |
Üzüm: |
|
|
bağın salındığı ildən ilk 4 il ərzində |
3,0 |
600 |
4 ildən sonrakı illər üzrə |
1,2 |
240 |
Çay: |
|
|
plantasiyanın salındığı ildən ilk 7 il ərzində |
3,5 |
700 |
7-ci ildən sonrakı illər üzrə |
1,2 |
240 |
İntensiv meyvə bağları (qərzəklilər istisna olmaqla) |
|
|
bağın salındığı ildən ilk 4 il ərzində |
4,0 |
800 |
4 ildən sonrakı illər üzrə |
1,2 |
240 |
İntensiv qərzəkli meyvə bağları |
|
|
bağın salındığı ildən ilk 4 il ərzində |
2,0 |
400 |
4 ildən sonrakı illər üzrə |
1,2 |
240 |
Digər meyvə bağları |
1,2 |
240 |
Giləmeyvəlilər |
1,0 |
200 |