Kənd Təsərrüfatı Yanında Dövlət Aqrar Ticarət Şirkəti aqro eko turizmin inkişafına həsr olunan şəhərdən kəndə layihəsinə start verilib.
Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə reallaşdırılır.
FED.az xəbər verir ki, layihə ilə bağlı ARB kanalında çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova “Şəhərdən Kəndə” layihəsinin əsas hədəf və məqsədləri barədə danışıb.
Onun sözlərinə görə, bu layinənin fərqi ondan ibarətdir ki, burada həm kənd təsərrüfatı, ekologiya, həm də turizm komponentləri var.
İstər yerli istərsə də xaricdəki turistlər Azərbaycanın kənd təsərrüfatı malları, milli parkları və qoruqları ilə yaxından tanış olmaq istəyirlər. Lakin bizim sahib olduğumuz milli sərvətləri, kənd təsərrüfatı sahələrini tanış edə biləcəyimiz hər hansı bir şirkət və proqramımız yox idi.
Bu proqramın əsas məqsədi ölkləmizdə aqrar turizmi inkişaf etdirməkdir –deyə Leyla Məmmədova bildirib.
Eləcə də bax: Azərbaycanda aqrar sığorta - KÖNÜLLÜ OLACAQ
Leyla Məmmədova qeyd edib ki, son illərdə bir çox inkişaf etmiş ölkələrdə aqrar turizm inkişaf edir, bu da kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün alternativ gəlir mənbəyidir.
Dövlət Aqrar Ticarət Şirkətinin direktoru layihəyə start verilməmişdən öncə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi ilə birlikdə iki aya yaxın araşdrımalar apardıqlarını bildirdi.
“Bu araşdırmalar çərçivəsində biz İtaliya, İspaniya, Hollandiya, İsrail təcrübələrini eyni zamanda bizə yaxın olan və aqrar turizmi uğurla inkişaf etdirən qonşu ölkələrin, Gürcüstan və Özbəkistanın təcrübəsini öyrəndik – deyə o bildirib.
“Əlavə olaraq biz ölkəmizdə bu layihəni uğurla yerinə yetirə bimək üçün sahib olduğumuz resurslar , yəni fermerlərimizin və təsərrüfatların cari vəziyyəti, ölkədəki bu cür xidmətə tələb, xaricdən ölkəmizə gələn qonaqların bu cür xidmətə olan reaksiyalarını araşdırıb analiz edirik.
Araşdrımalarımız onu göstərir ki, fermerlər tərəfindən bu layihə maraqla qarşılanıb”
Eləcə də bax: Azərbaycanda “Şəhərdən Kəndə” layihəsi - BAŞLAYIR
Leyla Məmmədova müsahibəsi zamanı bildirib ki,Strateji Yol xəritəsində qeyd edilmişdir ki, turizmlə yanaşı aqrar turizm inkişafı ölkədə prioritet məsələlərdən biridir.
“Burada fermerlərimiz üçün əlavə gəlir əldə etmək imkanı, yeni iş yerlərinin gələcəkdə yaranması, məşğulluğun daha da effektiv həlli, bununla yanaşı yerli əhalinin təbiətdə mövcud olan qoruqlarımız, milli parklarımız , kənd həyatı ilə yaxından tanış olub eyni zamanda mənbəsindən məhsulu əldə etmək imkanı qazanır”– deyə o əlavə edib.
Leyla Məmmədova ölkədə fəaliyyət göstərən və bu layihədə iştirak etmək istəyən,özünü aqrar turizmdə sınamaq istəyən , aqrar sahibkarlar, fermerlərlərlə birgə əməkdaşlıq edəcəklərini və onların sahələrini xidmət şəklində formalaşdıracaqlarını bildirib.
Eləcə də bax: Leyla Məmmədova: “Şəhərdən kəndə” layihəsi fermerlərə - əlavə gəlir mənbəyi yaradacaq”
“Misal olaraq elə fermer ola bilər ki, təklif etsin ki, yalnız bəlli günlərdə və aylarda xidmət göstərsin . Həmçinin elə də ola bilər ki, fermer və aqro sahibkar desin ki, mən öz evimdə müəyyən bir otağı turistlərin qonaqlaması üçün təklif edirəm. Eyni zamanda həmin sahibkar təklif edə bilər ki,sertifikatlı kənd təsərrüfatı mallarını satsın. Bütün bu məlumatlar xidmət formasında formalaşdırılacaq və rəqabətin olması üçün hər kəs öz xidmətin qiymətini deyəcək və bizim şəhərdən kəndə.az saytında bu məlumatlar xidmət şəklində paylaşılacaq deyə” Leyla Məmmədova bildirib.
Onun sözlərinə görə, qeyd edilən saytda bu xidmətin təsviri , qiyməti, şəkilləri, fermer haqqında məlumat, fermerin hansı məntəqə yerləşdiyi həmin məntəqəyə hansı nəqliyyat vasitəsi lə getməyin mümkün olduğu barədə məlumat əldə etmək olacaq.
“Eyni zamanda biz burda yerli turizm şirkətləri ilə sıx əməkdaşlıq edəcəyik. Bu mövzuda bizə dövlət turizm agentliyi kömək edəcəkdir. Bu layihənin uğurlu olması üçün biz Dövlət Turizm Agentliyi ilə nəzərdə tutmuşuq ki, fermerlərimizi gələcəkdə həm yerli, həm xarici turistlərə göstərəcəkləri xidmətə qonaqpərvərliyə, yaradıcılığına görə, reytinqlər verilsin. Daha çox balları olan fermerlərimiz gələcəkdə daha çox müştəri əldə etmiş olacaqlar deyə Leyla Məmmədova əlavə edib.
Azərbaycanda aqrar turizmlə pərakəndə şəkildə məşğul olan şəxslər var. Biz də elə ilk növbədə bu işdə təcrübəsi olan fermeləri cəlb etməyə çalışmışıq. Daha sonra iyun və iyul aylarından isə dövlət aqrar inkişaf mərkəzlər vasitəsilə fermerlərimiz toplayacayıq. Daha sonra layihənin kriteriyalarına uyğun olan fermerlərimizin təsərrüfatları ilə tanış olacayıq, onlarla birgə müəyyən xidmətləri formalaşdıracayıq” deyə M. Leyla söyləyib.
Həmçinin o da vurğulanıb ki, həftəsonu ölkənin hansısa bölgəsinə getmək istəyən vətəndaşa maraqlandığı kənd təsərrüfatı sahələri ilə tanış olmağı da təklif olunacaq. Bu zaman səfərə çıxacaq şəxsin istədiyi bölgədə onun seçdiyi kənd təsərrüfatı sahəsi ilə məşğiul olan fermerlə tanış ediləcəkdir. Səfər zamanı həmin bölgədə qonaqlamq istəyən və ya əksinə yarım günlük səfər etmək istəyən turistlər üçün də imkanların yaradılacağı, hətta nəqliyyat problemi olan şəxslərə bu problemin həllində kömək də olunacağı bildirilib.
Layihədə ekspriment kimi ilk növbədə ölkənin şimal və cənub bölgələrinin nəzərə alındığı söylənib.
Leyla Məmmədovanın sözlərinə görə adı çəkilən layihə nəinki kiçik və orta fermerlər, həmçinin iri sahibkarlar tərəfindən də böyük maraqla qarşılanıb.
Azərbaycanda fermerlər reytinq alacaqlar – KƏNDDƏN ŞƏHƏRƏ
13:53
6 İyun 2019