“Faraş Aqro” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi tələbinə dair iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, iş üzrə şifahi icraat qaydasında hazırlıq iclası Bakı Kommersiya Məhkəməsinin inzibati binasında keçirilməklə 14.06.2022-ci il tarixə, saat 17:00 təyin edilib.
Qeyd edək ki, “Faraş Aqro” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Bəxtiyar Müslümovdur.