Azərbaycan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun (ETİ) və Türkiyənin Kartofçuluq Tədqiqat İnstitutunun gələcəkdə qarşılıqlı olaraq kartof sortlarının seleksiya işlərinə cəlb olunmasının perspektivləri müzakirə edilib.
Rusiya Azərbaycan kartofunda da bakteriya tapdı – VAXTİLƏ TOXUMU RUSİYADAN GƏTİRİLİB
FED.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, tərəflər arasında müzakirələr FAO-Azərbaycan tərəfdaşlıq Proqramı çərçivəsində Türkiyəyə səfər çərçivəsində baş tutub.
Azərbaycan nümayəndə heyəti Niğdə şəhərində yerləşən Kartofçuluq üzrə Tədqiqat İnstitutunun işləri ilə tanış olub. Burada yeni texnologiya ilə aerofonikada virussuz kartof miniyumrularının yetişdirilməsi prosesi xüsusi maraqla qarşılanıb.
Bu texnologiyanın Tərəvəzçilik ETİ-da tətbiq edilməsi ilə bağlı müzakirələr aparılaraq, xüsusilə emal yönümlü sortların da Azərbaycanda seleksiya yolu ilə alınması və onların gələcəkdə geniş sahələrdə əkilərək istehsal edilməsi vurğulanıb.(APA)