Bu il ərzində Azərbaycanda 21 özəl və 2 dövlət aqroparkı olmaqla ümumilikdə 23 aqropark qeydiyyata alınıb və 59 sahibkarlıq subyektinə rezidentlik verilib.
Yevlax Pilot Aqroparkda daha iki şəxs - REZİDENTLİK STATUSU ALDI
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
"Aqroparkların fəaliyyətində dəyər zəncirinin formalaşdırılması, effektivliliyin artırılması, həmçinin hüquqi çərçivənin müəyyən olunması məqsədilə ölkə Prezidentinin 21 dekabr 2021-ci il tarixli fərmanı ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq olunub. Həmin əsasnaməyə uyğun olaraq aqroparkların rəsmi qeydiyyata alınması prosesinə başlanılıb", - deyə agentlik bəyan edib.