BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Azərbaycanda dəyəri 4 mln. ABŞ dolları olan yeni layihənin icrasına başlayır.
FED.az xəbər verir ki, bu barədə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib.
Onun sözlərinə görə, bunlar heyvandarlığın, o cümlədən qoyunçuluğun və maldarlığın inkişafı, suni mayalandırma, kartof toxumçuluğu ilə bağlı layihələrdir.
“Layihələrin icrası ilə bağlı müqavilələr imzalanma mərhələsindədir və gələn ay nazir İnam Kərimov onları imzalayacaq. Həmçinin rayonlarda gənclərin kənd təsərrüfatı hesabına məşğulluğunun artırılması istiqamətində də layihənin həyata keçirilməsi planlaşdırılır. Bu isə yaxın 2-3 ay ərzində həyata keçiriləcək”, - deyə o, qeyd edib.