Azərbaycandan gətirilən qarpızlar Rusiyanın Kalininqrad vilayətinin Çernışevskoye sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə buraxılmayıb.
Eləcə də bax: Rusiya meyvə-tərəvəz idxalçıları qarşısında - Yeni Tələblər Qoyub
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor”) Kalininqrad vilayəti üzrə şöbəsindən bildirilib.
Qeyd olunub ki, fərdi şəxs tərəfindən gətirilən qarpızlar geri qaytarılıb.
Qaydalara əsasən, fitosanitar sertifikatı ilə müşayiət olunmadan Rusiya Federasiyası ərazisinə ümumi çəkisi beş kiloqramdan artıq olmayan qarpız, yemiş və balqabağın idxalına icazə verilir. (Apa)