Nazirlər Kabineti "Aqrar Sığorta Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" 1 oktyabr 2020-ci il tarixli qərarında dəyişiklik edib.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyinin Fondun nizamnamə kapitalının ödənilməsi məqsədilə qurumun xeyrinə verdiyi 4 milyon manat məbləğində sadə faizsiz şərtli veksellərin müddəti 5 ildən 10 ilə çatdırılıb.










