Azərbaycanda aqrar sahədə güzəşt tətbiq olunan texnikaların siyahısı genişləndirilib.
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi qərar qəbul edib. Nazirliyin kollegiyası «Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı»nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən sözügedən siyahıya bir neçə dəyişiklik edilib. Əvvəla siyahının “Texnika və texnoloji avadanlıqlar” hissəsində “Quş əti istehsalı üçün avadanlıq dəsti” sözləri “Ətlik diri quş yetişdirilməsi üçün avadanlıq dəsti” sözlər ilə əvəz edilib.
“Texnika və texnoloji avadanlıqlar” hissəsinə edilən dəyişiklik nəticəsində isə güzəştlərin tətğiq edildiyi texnikaların siyahısına
- bağçılıqda istifadə olunan çiçək seyrəldən texnika,
- əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin təsərrüfatlarında tətbiq olunan müasir suvarma sistemlərinin elektrik enerjisi ilə təmin edilməsi məqsədilə quraşdırılan günəş panelləri,
- arı yemi istehsal edən texnoloji avadanlıqlar da əlavə edilib.