Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı genişləndirilib.
FED.az xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, aşağıdakılar da sözügedən siyahıya əlavə edilib:
- Ətlik diri quş yetişdirilməsi üçün avadanlıq dəsti
- Bağçılıqda istifadə olunan çiçək seyrəldən texnika
- “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli Fərmanına əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin təsərrüfatlarında tətbiq olunan müasir suvarma sistemlərinin elektrik enerjisi ilə təmin edilməsi məqsədilə quraşdırılan günəş panelləri
- Arı yemi istehsal edən texnoloji avadanlıq
Məlumat üçün bildirək ki, qərar sentyabrın 15-də qəbul edilib, sentyabrın 26-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, sentyabrın 27-də qüvvəyə minib.