Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə müracət edib.
FED.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, subsidiyası almaq istəyən fermerlər təkrar əkinləri barədə bəyanı avqustun 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.
Bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər. Fermerlər qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərinindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər.
Pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da həmin bitkilərin əkinini aparmış fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-ə bəyan etməlidirlər. Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq.
Təkrar əkinlər barədə bəyanlar avqustun 31-dək qəbul olunacaq.