2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 1 113,7 ton tütün istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün istehsalı 1 927,7 ton və ya 63,4% (2,7 dəfə) azalıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 3 041,4 ton təşkil edib.
01.09.2023-cü il tarixinədək hazır məhsul ehtiyatı 598,9 ton olub.
Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 400 ton və ya 40%azdır.
01.09.2022-ci il tarixinədək hazır məhsul ehtiyatı 998,9 ton olub.