Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 32 milyard 388,8 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 746,8 milyon manat və ya 9,3% artıb.
Xatırladaq ki, ötən ilin ilk yarısında ölkədə pərakəndə ticarət dövriyyəsi 29 milyard 642 milyon manat idi.
Hesabat dövründə ölkə üzrə qeydə alınmış pərakəndə ticarət dövriyyəsinin 19 milyard 132,3 milyon manatı və ya 59,1%-i Bakı şəhərinin payına düşüb. Bakıda pərakəndə ticarət dövriyyəsi illik müqayisədə 1 milyard 737,5 milyon manat (10%) artıb.












