Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 12-də təşkil olunacaq faydalı qazıntı yatağı çıxarılacaq.
Start qiyməti 25 milyon olan bina - HƏRRACDA SATILIR - DETALLAR
FED.az xəbər verir ki, hərraca Xocalı rayonu ərazisində yerləşən “Yemişcan” üzlük daşı (mərmərləşmiş əhəngdaşı ) yatağı çıxarılacaq.
Hərracda start qiyməti 28 175 manatdan başlayır.
İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Hərrac auksion formasında keçiriləcəkdir.
Yer təkindən istifadə ilə bağlı 12 sentyabr 2024-cü il tarixində saat 11:00-da keçiriləcək hərracın elanı:
N |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın koordinatı |
Başlanğıc qiyməti (manatla) |
Beh məbləği (10%) (manatla) |
İştirak haqqı (manatla) |
1. |
LOT-1 |
235 060 m3 |
1.46 ha |
Üzlük daşı |
25 ilədək |
656502,05 4400806,05 |
23506 |
2350.60 |
810 |
|
2. |
LOT-2 |
281 750 m3 |
1.75 ha |
Üzlük daşı |
25 ilədək |
655973,59 4401321,75 |
28175 |
2817.50 |
810 |
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 A) tel: (012) 597 01 68 (dax:5022)
Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri müraciət Ərizəsinə qoşma olaraq təqdim etməlidirlər:
Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
Hərracda iştirak haqqının ödənilməsi barədə bank sənədinin əsli;
Hərracda (müsabiqə və auksion) iştirak etmək üçün ödənilən iştirak haqqı (hərrac xərcləri) hərrac predmetinin ehtiyat həcmlərinə münasibətdə aşağıdakı qaydada (Lot üzrə) müəyyən edilir:
Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrədək - 540,00 (beş yüz qırx) manat;
Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrdən 500 000 (beş yüz min) kub metrədək - 810,00 (səkkiz yüz on) manat;
Ehtiyat həcmi 500 000 (beş yüz min) kub metrdən yuxarı olduqda – 1080,0 (bir min səksən) manat.
“Vergi ödəyicisinin vergi borcu barədə” arayış (müvafiq sənəd elektron qaydada alındıqda notarial təsdiqli olması zəruridir);
İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, təsisçi və ya direktorun şəxsiyyətini təsdiq edən sənədin surəti, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi (notarial qaydada təsdiqlənmiş);
İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 5 sentyabr 2024-cü il saat 18:00-a qədər Bakı şəhəri, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.
Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydalarına” uyğun ərizə (bundan sonra “ərizə”) təqdim edir.
Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda iştirak etmək istəyənlər yatağın hər lot üzrə ehtiyat həcminə uyğun olaraq iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki pəncərəsindən (Əlaqələndirici şəxs: Əliyev Sərxan, telefon: (055) 277 23 37) pəncərəsindən ala bilərlər.