Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 27-də təşkil olunacaq hərraca əmlak çıxarılacaq.
“Azercell”ə məxsus telefon nömrələri hərraca çıxarılır – Start qiymət 150 000 manatdan - SİYAHI
FED.az xəbər verir ki, hərraca xüsusi müsadirə edilmiş qeyri-yaşayış binası çıxarılacaq. Sözügedən bina Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşir.
Qeyd edək ki, hərraca çıxarılacaq əmlakın ümumi sahəsi 18 972.2 kv.m təşkil edir. Qiymətinə gəlincə hərracda start qiyməti 24 703 000 manat müəyyən edilib.
İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.