Tovuzda Rövşən Məmmədov küçəsi Bina 10 ünvanında yerləşən "Tovuz Məişət" Açıq Tipli Səhmdar Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin özəlləşdirilməsinə başlanılıb.
"Şuşa" restoranının sökülməsinin səbəbi açıqlandı - Qanunsuz özəlləşdirilib
FED.az xəbər verir ki, lakin prosesin icra qaydası əksər səhm sahiblərini qane etmir. Uzun illərdir burada müxtəlif peşə fəaliyyəti ilə məşğul olan rayon sakinləri iddia edirlər ki, qurum rəhbərliyi özəlləşdirmə prosesini qanuna uyğun icra etmir.
Həmçinin hər biri səhm sahibi olan icarədarlar illərdir müqavilə əsasında işləyib icarə haqlarını da rəsmi qaydada ödədiklərini bildirirlər.
Onlar "Tovuz Məişət" Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbərliyinin obyektlərə qanunsuz müdaxilə etdiyini də idda edirlər.
Məsələ ilə bağlı "Tovuz Məişət" Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbəri Kazım Qasımov bildirib ki, sözügedən obyektlər artıq özəlləşdirilib. Aylıq icarə haqqı isə artırılıb.Bununla razılaşan icarədarlarla müqavilə uzadılır, razı olmayanlarla yollarını ayırırlar. Həmçinin səhmlərin 92%-nin quruma yerdə qalan 8 %-nin isə səhmdarlara aid olduğunu deyib.
Hüquqşunas isə bildirir ki, hər hansı bir obyekt özəlləşirsə, icarədara 1 ay əvvəldən xəbardarlıq edilməli və özəlləşdirilmə prosesində fəaliyyət ilindən asılı olaraq səhmdara kompensasiya ödənilməlidir.
İcarədarların istəyi odur ki, məsələ qanunauyğun şəkildə icra olunsun. Onlar məsələnin hüquqi müstəvidə həllini tapması üçün aidiyyəti qurumlara rəsmi müraciət ünvanladığını da bildiriblər.