2026-cı ilin ilk 6 ayında dövlət əmlakının satışından və dövlət büdcəsinə 131 milyon manat toplanıb.
“Aqrarkredit”in ümumi dəyəri 10 milyon manatdan çox olan daşınmaz əmlakları hərraca çıxarılır – SİYAHI
FED.az xəbər verir ki, bu vəsaitdən 103 milyon manat özəlləşdirmədən, 28 milyon manat isə icarədən daxil olub.
Belə ki, ilk 6 ayda 32 hərrac keçirilib, hərraclarda 3 şirkətin səhmləri, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 520 avtomobil satılıb.
Daha 28 milyon manat icarədən daxil olub. Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-iyun ayları ərzində 282-si qeyri-yaşayış, 2084-ü torpaq sahələri üzrə olmaqla 2366 yeni icarə müqaviləsi bağlayıb.
Bu müqavilələrdən büdcəyə 28,2 milyon manat toplanıb.

















