“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” “Azərmaş Park” MMC-dən avtomobillərin alınması ilə bağlı müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə dövlət satınalmalarının vahid internet portalından kənar baş tutub. Birmənbə metodu ilə imzalanmış müqavilənin dəyəri 748 min manat təşkil edib.
Qeyd edək ki, “Azərmaş Park” MMC 2019-cu ildə yaradılıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Anar Adil oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov, ev.195, M8 hüquqi ünvanında yerləşir.













