8 sentyabr saat 11:00-da dövlət mülkiyyətinə keçirilmiş müxtəlif kateqoriyalardan olan mallar gömrük hərracına çıxarılacaq.
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı hərraca çıxarılan malların siyahısını təqdim edir:
Geyim və tekstil məhsulları – 6 min 913 ədəd, start qiyməti 65 min 947 manat;
Elektronika, inşaat və məişət malları, təsərrüfat avadanlıqları – 5 min 653 ədəd, start qiyməti 7 min 20 manat;
Tibbi ləvazimatlar – 996 ədəd, start qiyməti 14 min 890 manat.
Hərracda iştirak etmək üçün ilkin olaraq malların start qiymətinin 5%-i həcmində beh ödənilməlidir. Kateqoriyalar üzrə beh məbləği müvafiq olaraq 3 min 297 manat, 351 manat və 745 manat təşkil edir.












