Express Bank
Kassir-əməliyyatçı (Gəncə filialı üzrə)
Son tarix 22 sen 2026 - Müraciət et
Təsvir
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
- Kassa sənədlərinin Mərkəzi Bankın qaydalarına uyğun olaraq tərtib və təmin edilməsi;
- Qaydalara uyğun valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;
- Mərkəzi Bankdan ,filiallardan və ödəniş terminallarından inkassasiya olunan nağd vəsaitlərin qəbul edilməsi;
- Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsinin həyata keçirilməsi;
- Təcili pul köçürmə əməliyyatlarını həyata keçirilməsi.
Tələblər
- Ali iqtisadi təhsil;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Müvafiq sahə üzrə iş təcrübəsi minimum 6 ay;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Universal bank işçisi (Lənkəran filialı)
Son tarix 22 sen 2026 Müraciət et
Təsvir
- Filiala yaxınlaşan müştərilərin bankdaxili qaydalara uyğun olaraq qəbul edilməsi;
- Kredit və Qeyri kredit məhsullarinın satışının həyata keçirilməsi;
- Müqavilənin şərtlərini pozmuş müştərilərlə və borcların ödənilməsi istiqamətində işin aparılması;
- Müştərilər tərəfindən təqdim olunan ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi.
Tələblər
- Ali iqtisadi təhsil;
- Məsuliyyətlilik və dəqiqlik;
- Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;
- Universal və ya kredit sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir;
- Detallara diqqət yetirmə və kredit sifarişlərinin düzgün təhlil etmə bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta;
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














