Avqustun 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yerləşən “Ozon” marketpleysinin logistika mərkəzinə ilk dəfə PUA zərbəsi endirib.
FED.az xəbər verir ki, bu barədə Ukraynanın monitorinq kanalları məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatlarının zərbəsindən sonra logistika kompleksinin ərazisində güclü yanğın başlayıb. Sosial şəbəkələrdə hadisə yerindən yanğını əks etdirən görüntülər də yayılıb.
Xatırladaq ki, iri şirkətlərin mərkəzlərinə dronlarla zərbə endirilməsi Ukraynanın son üsullarındandır. Bir qədər əvvəl Ukrayna tərəfi Rusiyanın digər onlayn satış şirkəti olan “Wildberries”in mərkəzlərini də vurmuşdu.
“Ozon” marketpleysinin logistika mərkəzinə dron zərbələrindən sonra obyektin ərazisində yanğın başlayıb, 500-dən çox işçi təxliyə edilib, bir neçə nəfər xəsarət alıb. Anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb. Anbara yeni məhsulların qəbulu dayandırılıb, həmin məhsullar başqa anbarlara yönəldilib. Bun bardakı məhsulların satışı da dayandırılıb. Xatırladaq ki, avqustun ortalarında Ukrayna Müdafiə Nazirliyi "Wildberries" şirkətinin 10 ən böyük logistika qovşağından 7-sini sıradan çıxarıldığını açıqlamışdı.













