Bu ilin iyul ayının birinə Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı 248 min 469 nəfər olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan işsizlikdən sığorta ödənişi alanların sayı 5 min 347 nəfər təşkil edib.
Başqa sözlə, Azərbaycanda işsiz şəxslərin yalnız 2,1%-i işsizlikdən sığorta ödənişi ala bilir.
Qeyd edək ki, ötən ilin iyul ayının biri ilə müqayisədə ölkədə qeydiyyata alınmış işsiz şəxslərin sayı 19 min 414 nəfər və ya 8,5% artıb. Bununla yanaşı, işsizlikdən sığorta ödənişi alan şəxslərin sayı 1 425 nəfər və ya 36,3% artıb.
Xatırladaq ki, ötən ilin iyul ayının birinə ölkədə qeydiyyatda olan işsiz şəxslərin sayı 229 min 55 nəfər idi. Onlardan 3 min 923 nəfəri, - yəni 1,7%-i işsizlikdən sığorta ödənişi alıb.














