Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov avqustun 22-də Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda bildirib.
Nazir xatırladıb ki, SOCAR Özbəkistanda neft yatağında işləyəcək. Belə ki, Azərbaycan şirkəti Özbəkistanın "Uzbeknefteqaz" və Britaniyanın "BP" şirkəti ilə birlikdə investor qismində Özbəkistan regionlarının birində yerləşən perspektivli "Üstyurt" yatağının işlənməsində fəal iştirak edir.
Nazir eyni zamanda açıqlayıb ki, SOCAR Özbəkistanın pərakəndə ticarət bazarınada daxil olacaq. Belə ki, SOCAR-ın Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsinin tikintisinə investisiyalar yatırılacağı gözlənilir.












