Dövlət Sosial Müdafiə Fondu PHŞ (VÖEN: 1300050781) yeni tenderlər elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 866 min 250 manatdır.
Tenderdə iştirak haqqı 450 manat, istifadə haqqı 25 manatdır.
Digər bir tender çərçivəsində Fondun Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur. Ehtimal olunan qiyməti 2 milyon 848 min manat olan tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Zahir Əliyev - Satınalmaların təşkili və təchizat departamentinin müdiri / [email protected] / +994 50 688 00 84












