İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini keçirdiyi növbəti hərracda “Lənkəran Taxıl” ASC-nin dövlətə məxsus səhm paketi özəlləşdirilib.
Eləcə də bax: Hərrac yolu ilə 7 faydalı qazıntı yatağı - İSTİFADƏYƏ VERİLİB
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, səhmdar cəmiyyətinin 29,95%-lik səhm paketi 26 043 manata satılıb.
Növbəti hərraclar avqustun 9, 16, 23 və 30-da keçiriləcək.