23 may 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların əmlakları hərraca çıxarılacaq.
Vergi ödəməyənlərin əmlakları hərraca çıxarıldı - SİYAHI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca “NBCBank” ASC-nin və “AGBank” ASC-nin balansındakı əmlaklar çıxarılacaqdır.
Əmlaklar haqqında daha ətraflı :
1) “NBCBank” ASC-nin balansındakı daşınmaz əmlak Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsi, 4-cü dalan, ev 2C ünvanında yerləşən 153 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 25.000 (iyirmi beş min) manatdır.
2) “AGBank” ASC-nin daşınmaz əmlak Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 6 ünvanında yerləşən 93.90 kv.m ümumi sahədən ibarət 82 nömrəli mənzildir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 42.000 (qırx iki min) manatdır.
Qeyd edək ki, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67