19 dekabr 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.
Vergi ödəməyənlərin əmlakları hərraca çıxarıldı - SİYAHI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan 4 bankın əmlakları çıxarılacaq.
Hərracda start qiyməti 1 300 – 2 300 000 manat aralığında dəyişir.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67
Əmlaklar haqqında daha detallı :
| № | Ləğv prosesində olann bank | Əmlakın növü | Əmlak | Start qiyməti | 
| 1 | "Atabank" ASC | Daşınar əmlak | 6 ədəd ödəmə terminalı | 4 800 AZN | 
| 2 | "AGBank" ASC | Daşınar əmlak | 4 ədəd "EGRO SWISS COFFEE TECHNOLOGY " markalı avtomatik qəhvə aparatları | 5 200 AZN | 
| 3 | "Texnikabank" ASC | Daşınar əmlak | 1 ədəd "EGRO ZERO" markalı avtomatik qəhvə maşını | 1 300 AZN | 
| 4 | "NBCBank" ASC | Daşınmaz əmlak | Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 81 ünvanında yerləşən 281.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi | 2 300 000 AZN | 
| 5 | "NBCBank" ASC | Daşınmaz əmlak | Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 81 ünvanında yerləşən 263.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi | 500 000 AZN | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








