Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda torpaq sahəsi özəlləşdirilib.
Ləğvetmə prosesində olan daha bir bankın əmlakları - HƏRRACDA SATILIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, 16 avqust 2024-cü il tarixində saat 11:00-da keçirilən hərraca çıxarılan "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan torpaq sahəsi satılıb.
Sözügedən torpaq sahəsi Neftçala rayonu, Xəzər qəsəbəsi üvanında yerləşir və sahəsi 15.88 hektar təşkil edir.
Əmlakın həm start qiyməti həm də, yekun satış qiyməti 13 910 manat təşkil edib.