Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 2-də təşkil olunacaq hərraca dövlət müəssisəsi çıxarılacaq.
Dövlət müəssisə və obyektləri - HƏRRACDA SATILIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərraca 52 işçisi olan "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti çıxarılacaq. Dövlət müəssisəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Aeroport magistral yolunun 11-ci km-i ünvanında yerləşir və ümumi faydalı sahəsi 9267.3 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 64483.0 kv.m təşkil edir.
Hərracda ümumi ilkin start qiyməti 7 609 376 manat müəyyən edilib.
Qeyd edək ki, müəssisənin işçilərinə güzəştli satış bu elan dərc olunduğu gündən etibarən 25 gün ərzində keçirilir.
İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
2 iyul 2024-cü il tarixində saat 10:00-da Bakı şəhərində hərraca çıxarılacaq dövlət müəssisəsi barədə məlumat :
№ |
Müəssisə və obyektin adı |
Ünvanı |
Tabe olduğu təşkilatın adı |
Ümumi |
Özəlləşdirilən torpaq |
İşçilərin sayı |
Əmlakın ilkin |
Əmək kollektivinə güzəştli satışa çıxarılan hissə |
Torpaq sahəsinin |
Hərraca çıxarılan ümumi ilkin (start) satış qiyməti |
10% beh (manat) |
|
1 |
"Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti |
Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Aeroport magistral yolunun 11-ci km-i |
AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi |
9267.3 |
64483.0 |
52 |
3937493 |
590624 |
4262507 |
7609376 |
760938 |
|
Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır: |
||||||||||||
|