Sərnişin və yük daşınması sahəsi üzrə vergilər dəyişəcək.
Azərbaycanda sərnişin və yük daşımada – VERGİLƏR DƏYİŞƏCƏK, HÖKUMƏT AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu gün açıqladığı ''2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı''nda bildirilib.
Gələn il həyata keçiriləcək vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi tədbirləri çərçivəsində sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi nəzərdə tutulur.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, hazırda qüvvədə olan qanuna əsasən yük daşımaları və taksi fəaliyyəti üzrə vergi sabitdir. Yeni layihədə isə vergi müəyyən meyarlara əsasən dəyişəcək.
Onun fikirincə, yeni qayda qüvvəyə minəndən sonra yük daşımalarında və xüsusilə taksi xidmətində ödənilən vergilər artacaq.
Ekspertlər bildirirlər ki, vergi yükünün artması nəticəsində yükdaşıma və taksi qiymətlərinin də artacağı istisina edilmir. (Xezerxeber.az)